Azərbaycan, Bakı, 03 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü San-Marino respublikasının kapitan-regentləri xanım Roza Zafferani və cənab Federiko Pedini Amatini Milli bayram - Respublika günü münasibətilə təbrik edib.
Təbrik məktubunda prezident Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf edərək, hər iki xalqın rifahına töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.