...

Azərbaycan prezidenliyinə iki iddiaçı namizədliyini geri götürüb

Siyasət Materials 4 Sentyabr 2008 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend müxbir C.Babayeva/ Azərbaycan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb. ""Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və Təhsil Nazirliyinin elmi - metodik jurnalının şöbə redaktoru Fikrət Əhədov prezidentliyə namizədliklərini geri götürüblər", - Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov cümə axşamı jurnalistlərə bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. MSK hazırki prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi və Ümid müxalifət partiyasının sədri İqbal Ağazadəni prezidentliyə namizəd qismində təsdiqləyib.

Məmmədovun sözlərinə görə, Teymur Quliyev Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyini, Fikrət Əhədov isə, namizədliyin qeydə alınmasına tələb olunan 40 min imzanı toplaya bilmədiyini namizədliyini geri götürməsinin səbəbi kimi göstərib. Hər iki ərizəyə baxıldıqdan sonra, MSK adı çəkilən şəxslərin namizədliyinin ləğv olunması barədə qərar qəbul edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti