...

Tsotne Qamsaxurdiya həbsxanada aclıq elan edib

Siyasət Materials 9 Sentyabr 2008 15:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Cəsusluq və dövlət çevrilişinə cəhddə təqsirləndirilərək iki aylıq ilkin həbsə məhkum edilmiş Gürcüstanın ilk prezidentinin oğlu Tsotne Qamsaxurdiya aclıq elan edib. Saxlanılmış şəxsin vəkili Keti Bekaurinin verdiyi məlumata görə, müdafiə etdiyi şəxs etiraz əlaməti olaraq bu tədbirə əl atıb, belə ki, o, ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmir.

Qamasxurdiya ötən bazar günü Tbilisi aeroportunda Bakıdan keçməklə Moskvadan qayıdarkən saxlanılıb. O, son illər orada yaşayıb.

Bekaurunin bəyan etdiyinə görə, Qamsaxurdiya bütün ittihamları rədd edib. "O, susmaq hüququndan imtina edib və ona qarşı irəli sürülmüş ittihamları uydurulmuş hesab edib", - vəkil bəyan edib.

Müdafiə şəhər məhkəməsinin qərarına etiraz edib və Apellyasiya Məhkəməsi sabah şikayətə baxacaq.

Xəbər lenti

Xəbər lenti