...

Beynəlxalq müşahidə missiyalarının fəaliyyəti şəffaf və açıq olmalıdır -Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri

Siyasət Materials 9 Sentyabr 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, prezident seçkisini izləyəcək beynəlxalq müşahidə missiyalarının fəaliyyəti şəffaf və açıq olmalıdır.

"Dairə seçki komissiyaları müşahidə missiyalarının öz öhdəliyini yerinə yetirməsinə kömək etməlidirlər" - MSK - nın çərşənbə axşamı keçirilən iclasında Pənahov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Seçkini ATƏT, MDB və başqa beynəlxalq təşkilatların müşahidəçi missiyaları izləyəcək.

MSK sədrinin sözlərinə görə, müşahidəçi missiyaların məqsədi Azərbaycanda ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsinə töhfələrini verməkdir.

"Missiyalar seçki prsosesində yaranacaq çatışmazlıqların aradan qaldırılmasına çalışacaq", - deyə o bildirib.

Pənahov bildirib ki, MSK ilə müşahidə missiyalarının əməkdaşlığının məhsuldar olacağına inanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti