...

Azərbaycan prezidenti tələbələrin təqaüdlərinin artırılması barədə sərəncam imzalayıb

Siyasət Materials 12 Sentyabr 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dövlət təhsil müəssisələrində təhsil alan aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəbləri və peşə liseyləri tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən, tələbələrin təqaüdləri artırılıb və artım təxminən 15-25 manat təşkil edib.

Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunub.

Sərəncam 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti