...

Tbilisidə ÜST Avropa Regional Təşkilatının sessiyası öz işinə başlayıb

Siyasət Materials 15 Sentyabr 2008 14:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya / Bazar ertəsi Tbilisinin "Şeraton Metexi Palas" mehmanxanasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Avropa Komitəsinin 58-ci sessiyası öz işinə başlayıb. Sessiyada Avropanın 54 ölkəsindən rəsmi nümayəndələr və ÜST rəhbərləri iştirak edirlər.

Sessiyada səhiyyə sistemi, xroniki xəstəliklər, uşaqlar arasında yayılan xəstəliklərin sosial amillərinin müəyyən edilməsi, sağlam həyat tərzi məsələləri müzakirə olunacaq.

Sessiyanı ÜST Regional Avropa Təşkilatının direktoru Mark Danzon və Gürcüstanın Baş naziri Vladimir Qurqenidze açıq elan edib.

Sessiya çərçivəsində ÜST-nın baş direktoru Marqaret Çan sentyapbrın 16-da Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən qəbul ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti