...

NATO Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasını pisləyir və bu qərara yenidən baxmağa çağırır – Baş katib

Siyasət Materials 16 Sentyabr 2008 15:46 (UTC +04:00)
NATO Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasını pisləyir və bu qərara yenidən baxmağa çağırır – Baş katib

Gürcüstan, Tbilisi, 16 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ NATO təkcə Rusiyanın Gürcüstanın sepratçı regionları olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini birtərəfli qaydada tanımasını pisləməyib, eyni zamanda, Moskvanı bu qərarı dəyişməyə çağırıb, çünki "bu, səhv qərardır", - deyə Gürcütanda səfərdə olan Şimali Atlantika Alyansının Baş katibi Yap de Hoop Sxeffer Tbilisi Dövlət Universitetində görüş zamanı bildirib.

O, Rusiyanın, Gürcüstanın NATO ilə RF arasında seçim etməli olması ilə bağlı tələbini qəbuledilməz adlandırıb.

"Rusiya əhəmiyyət verilməməsi mümkün olmayan reallıqdır. Rusiyanı ittiham etmək bizim işimiz deyil", - deyə Sxeffer bildirib. Onun sözlərinə görə, RF-nin təcridinə Moskva özü imkan yaradır.

NATO -nun Baş katibi qeyd edib ki, Rusiya gözdədiyi dəstəyi almadı, avqust hadisələri isə, Rusiya iqtisadiyyatına ciddi ziyan vurdu.

Alyansın Baş katibi qeyd edib ki, Blokun məqsədi Rusiyanı cəzalandırmaq deyil, Gürcüstana yardım göstərməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti