Türkiyə prezidenti Abdullah Gül ali təhsil məktəblərinə yeni seçilmiş rektorlarla görüşüb. Görüşdə prezident onlara təhsil mərkəzləri olan universitetlərdə siyasi qütbləşməyə və gərginliyə yol verməməyi məsləhət görüb. Bu haqda CNN Türk məlumat verib. Prezidentlə görüşdə Qazi, OTDU, 9 Sentyabr və Egey universitetlərinin rektorları iştirak edib.
Gül universitet müəllimlərinin əmək haqlarının artırılmasına da müsbət yanaşdığını bildirib. Öz növbəsində rektorlar universitetlərdə mövcud olan problemlər barədə prezidenti məlumatlandırıblar.