...

Gürcüstanın xarici işlər naziri ATƏT-in Parlament Assambleyasında iştirak edəcək

Siyasət Materials 17 Sentyabr 2008 15:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili çərşənbə günü axşam Kanadaya yola düşəcək. Gürcüstan XİN-dən verilən məlumata görə, o, ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak edəcək.

Assambleyada gürcü-osetin və gürcü-abxaz münaqişə zonlarındakı vəziyyəti, yaranmış vəziyyətdə Rusiyanın rolu müzakirə ediləcək, həmçinin regiondakı hadisələrə dair məruzə hazırlanacaq.

"Biz təxminən bir həftə sonra Torontoda keçiriləcək payız sessiyası zamanı bu münaqişələr ətrafındakı vəziyyəti geniş müzakirə etmək istəyirik", - ATƏT PA-nın sədri Joao Soareş bir müddət əvvəl bildirib. O, həmçinin qeyd edib ki, Qafqazdakı son hadisələrlə əlaqədar onun Rusiyaya nəzərdə tutulan səfəri tezləşib (səfər oktyabra planlaşdırılmışdı) və səfərdə məqsəd bu məsələ üzrə diskussiyanın hazırlanmasından ibarətdir.

Soareş qeyd edib ki, ATƏT PA-nın payız sessiyasında Cənubi Osetiya və Abxaziya ətrafındakı məsələlərin müzakirəsinə "kifayət qədər vaxt" ayrılacaq. Onun sözlərinə görə, RF xarici işlər naziri Sergey Lavrov və Gürcüstan XİN-in nümayəndələri diskussiyalarda iştirak etmək üçün dəvət olunublar. Soareş həmçinin vurğulayıb ki, ATƏT PA-nın sədri kimi "ikili standartlarla qarşılaşmamaq üçün" diskussiyaya şəxsən başçılıq edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti