...

Azərbaycanın QHT Koalisiyası Belarusda parlament seçkilərini müşahidə edəcək

Siyasət Materials 18 Sentyabr 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir C.Babayeva/"Seçkilər-2008"QHT Koalisiyası Belarusdakı həmkarlarının dəvəti ilə, bu ölkədə sentyabrın 28-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək, - cümə axşamı   Trend -a Koalisiyadan bildiriblər.

"Seçkilər-2008"QHT Koalisiyası cari ilin avqustunda Azərbaycanda prezident seçkilərində ictimai fəallığın artırılması məqsədilə yaradılıb. Onu "İnam"plüralizm Mərkəzi, Multimedia Informasiya və Texnologiya Sistemi Mərkəzi, Avrasiya Beynəlxalq Mətbuat Fondu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ümid Rəhimoğlu, KASKFEN-nin sədri Azər Həsrət təsis edib. "İnam"plüralizm Mərkəzinin beş nümayəndəsi 2004 - cü ilin oktyabrında Belarusda parlament seçkilərini və Konstitusiya üzrə referendumu müşahidə edib.

Koalisiyadan verilən məlumata görə, yaxın günlərdə Belarusa göndəriləcək nümayəndələr müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti