Azərbaycan, Bakı, 18 sentyabr / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar neft sənayesinin inkişafındakı xidmətlərinə görə neft sənayesinin beş işçisini "Şöhrət" ordeni, böyük bir qrupunu "Tərəqqi" medalı ilə təltif olunması haqqında sərəncam imzalayıb.