...

Yerli icra hakimiyyəti orqanları seçki kampaniyasının gedişinə mane olurlar -Azərbaycanın prezidentliyə namizədi

Siyasət Materials 23 Sentyabr 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə seçki kampaniyasının aparılmasına bəzi icra hakimiyyəti orqanlarının mane olduğunu bildirib.

"Bəzi hallarda yerli icra hakimiyyəti orqanları kampaniyamızın gedişinə mane olurlar. Lakin bu, kütləvi xarakter daşımır", çərşənbə axşamı Trend -a Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Ağazədə qeyd edib ki, partiyanın həm rayon təşkilatlarının, həm də təbliğat-təşviqat kampaniyasında iştirak edən fəalların işindən razıdır: "Təbliğat kampaniyası yeni başlayıb. Hesab edirəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik".

Prezidentliyə namizəd bildirib ki, təbliğat-təşviqat plakatlarını seçki komissiyaları tərəfindən müəyyənləşdirilən yerlərə vurduqları üçün onların cırılması halarına çox az təsadüf olunur.

Onun sözlərinə görə, Ümid Partiyası təbliğat kampaniyası dövründə kütləvi aksiyalardan istifadə etməyəcək.

"Biz yeni taktika ilə işləyirik. Əsas hədəfimiz seçicilərlə daha yaxından ünsiyyətdə olmaqdır. Bunun üçün "qapıdan-qapıya" taktikasından istifadə edirik. Kütləvi aksiyalarda iştirak edənlər bizim açıq tərəfdarlarımızdır və onları hansısa meydana yığmağa ehtiyac yoxdur", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti