...

Türkiyədə PKK-ya qarşı anti-terror əməliyyatları davam etdirilir

Siyasət Materials 25 Sentyabr 2008 16:03 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri (TSQ) PKK terrorçularını zərərsizləşdirmək məqsədilə Türkiyənin Şırnak dağlıq ərazisində anti-terror əməliyyatları həyata keçirib. Bu haqda Haber 7 agentliyi məlumat verib. Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı hərbi əməliyyatları əsasən Türkiyənin Qabar, Cudi, Bestler Dərələr adlı dağlıq ərazilərində aparıb.

Dünən axşam Cudi dağı ərazisində PKK terrorçularına qarşı TSQ tərəfindən anti-terror əməliyyatı həyata keçirilib. Havadan "kobra" vertolyotlarının dəstək verdiyi əməliyyat yarım saat davam edib. Hazırda TSQ PKK-ya qarşı anti-terror əməliyyatlarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti