...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası müşahidəçilər üçün yaddaş kitabçası nəşr etdirib

Siyasət Materials 1 Oktyabr 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 oktaybr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisi ilə bağlı, müşahidəçilər üçün 30 min tirajla yaddaş kitabçası çap etdirib. Bu barədə çərşənbə günü Trend - a MSK - nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Bu günədək MSK prezident seçkisini izləmək üçün 60 - dan çox xarici, 700 - dən çox yerli müşahidəçini qeydə alıb. Dairə Seçki Komissiyaları (DSK) tərəfindən isə, 25 000 - dən artıq yerli müşahidəçi qeydiyyyatdan keçib.

Sarıyev bildirib ki, Azərbaycan dilində nəşr olunmuş yaddaş kitabçasında müşahidəçilərin fəaliyyət prinsipləri, onların hüquqları, qadağan olunan hərəkətləri ilə bağlı məlumat verilir. Müşahidəçilər kitabı MSK- dan və dairə seçki komissiyalarından əldə edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti