...

Bakıda avtomobil oğrusu tutulub

Siyasət Materials 6 Oktyabr 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonu ərazisində avtomobil oğurlayaraq qəza törədən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, oktyabrın 5-də saat 17-00 radələrində Mir Cəlal küçəsində yerləşən avtotəmir sexindən Biləcəri qəsəbə sakini 1985-ci il təvəllüdlü Hüseynov Arzuman Nuruş oğluna məxsus "VAZ- 2107" markalı 10-DT-392 dövlət nömrə nişanlı maşın qaçırılıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində avtomobili qaçıran və avtomobillə yol nəqliyyat hadisəsi törədən 1965-ci il təvəllüdlü Talıbov Əsgər Fazil oğlu tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti