...

Polşa Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu yüksək dəyərləndirir

Siyasət Materials 10 Oktyabr 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Polşa Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu yüksək dəyərləndirir.

Bunu oktyabrın 10-da ölkəmizdə işgüzar səfərdə olan Polşa Prezidenti Administrasiyası Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Staşiak Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovla görüşdə  deyib.

Qonaq Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin mövqeyinin Polşa tərəfindən birmənalı dəstəkləndiyini vurğulayıb.

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov qarşılıqlı səfərlərin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti