...

Azərbaycan MSK-nın sədri ATƏT/DİİHB-nin prezident seçkisinin nəticələri ilə bağlı hesabatında bəzi məqamlarla razı deyil

Siyasət Materials 23 Oktyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) ölkədə keçirilən prezident seçkisinin yekunu üzrə hesabatında əks olunan bəzi məqamlarla bağlı narazılığını bildirib.

"Seçki qiymətləndirilərkən region ölkələrinə eyni standartlar üzrə yanaşmaq olduqca vacibdir", - deyə Məzahir Pənahov cümə axşamı, oktyabrın 15-də keçirilən seçkinin gedişatını müşahidə edən ATƏT missiyasının rəhbəri Boris Frlets ilə görüşdə bildirib.

"Seçkilərdə böyük tərəqqi var, lakin o, demokratikliyin bütün bəndlərinə cavab vermir", - deyə əvvəllər Frlets bildirib.

ATƏT-in seçki üzrə missiyasının hesabatında bu seçkilərin keçirilməsində nəzərəçarpacaq irəliləyişlərin olması, lakin xüsusilə plüralizm, kampaniyaların düzgün keçirilməsi, həmçinin kütləvi informasiya vasitələrinə dair mühüm beynəlxalq öhdəliklərin təmin edilməsi üçün əlavə səy göstərilməsinin lazım olduğu qeyd olunub.

Frlets MSK sədri ilə görüşdə bildirib ki, Azərbaycanda prezident seçkisi üzrə səsvermə günü ciddi pozuntular qeydə alınmayıb.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Dövlət başçısı postuna yeddi namizəd iddia edirdi - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Seçkinin yekunlarına görə, İlham Əliyev səslərin ən yüksək sayını - 88,73 faiz səs toplayıb.

İqbal Ağazad - 2,86%, Fazil Qəzənfəroğlu - 2,47%, Qudrət Həsənquliev - 2,28%, Qulamhüseyn Əlibəyli - 2,23%, Fuad Əliyev - 0,78% və Hafiz Hacıyev - 0,65% səs toplayıblar.

Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini təsdiq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti