...

Gürcüstan NATO-dan müsbət nəticələr alacağına inanır – Gürcüstan baş nazirinin müavini

Siyasət Materials 24 Oktyabr 2008 05:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 oktyabr / Trend müxbir, N.Kirtsxalia/ Gürcüstan NATO-dan müsbət nəticələr alacağına inanır. Bunu Gürcüstan baş nazirinin müavini Qeorqi Baramidze, NATO-nun qiymətləndirmə missiyasının nümayəndələri ilə keçirdiyi görüşdən sonra bildirib.

Missiya Gürcüstana oktyabrın 20-də fərdi tərəfdaşlıq planının fəaliyyətini qiymətləndirmək məqsədi ilə gəlib. Qeyd edək ki, nümayəndələr namizəd dövlət tərəfindən öhdəliklərin yerinə yetirilməsini yoxlayır.

Nümayəndə heyəti xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçirib.

Baramidzenin sözlərinə əsasən, Gürcüstanın əsas məqsədi alyansa daxil olmaq və MAP proqramını əldə etməkdi.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti