...

Azərbaycanın müxalifət partiyası soyadların məcburi şəkildə milliləşdirilməsinin tərəfdarıdır

Siyasət Materials 28 Oktyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) soyadların məcburi şəkildə milliləşdirilməsinin tərəfdarıdır.

"Rus soyad sonluqları olan "ov", "yev" milli "lı", "li", "soy" və digər milli soyad sonluqları ilə əvəz olunmalıdır. Partiya Milli Məclisin 1993-cü ildə qəbul etdiyi soyadların və soyad sonluqlarının dəyişdirilməsi haqqınla Qanunun yerinə yetirilməsini tələb edir", deyə Partiyanın məlumatında bildirilib.

VHP "ov", "yev" sonluqlarından birdəfəlik imtina edilməsinin tərəfdarıdır. "Qəbul olunmuş Qanunun tələbləri yerinə yetirilməli və yeni doğulan uşaqlara milli soyadlar verilməlidir", məlumatda deyilir.

Trend -un arayışı: Vətəndaş Həmrəyliyi Partiyası Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan partiyanın 80 rayonda yerli təşkilatı fəaliyyət göstərir, 35 mindən artıq üzvü var. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti