...

Diyeqo Maradona Argentinanın futbol  yığmasının baş məşqçisi təyin olunub

Siyasət Materials 29 Oktyabr 2008 07:21 (UTC +04:00)
Diyeqo Maradona Argentinanın futbol  yığmasının baş məşqçisi təyin olunub

Argentina futbol assosiasiyasının rəhbəri Hulio Qrondona  Diyeqo Maradonaya Argentinanın futbol  yığmasının baş məşqçisi vəzifəsini təklif edib. "Mayak" radiostansiyasının xəbər verdiyi kimi, yığma komandanın baş direktoru vəzifəsinə isə Karlos Bilardonun namizədliyi irəli sürülüb.

Maradona və Bilardo Assosiasiya rəhbərinin təklifini qəbul etmələri barədə məlumat verməyiblər. Lakin Maradona İspaniyanın EFE agentliyinə bildirib ki, Argentina yığmasına başçılıq etməyə razılıq verib.

Maradonanın namizədliyini futbol yığmaları üzrə AFA-nın Komitə rəhbəri Noray Nakis də dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti