...

Türkiyənin üzvlüyü Avropa İttifaqına böyük ehtimalla keyfiyyətli genişlənmə gətirəcək – keçmiş xarici işlər naziri

Siyasət Materials 31 Oktyabr 2008 14:47 (UTC +04:00)

İsrail, Qüds, 31 oktyabr/ Trend , müxbir A.Qut/ "Azərbaycan bizim strateji, dost ölkəmizdir. Ölkələrimiz arasında yüz illər ərzində formalaşan dərin tarixi əlaqələr mövcuddur", - deyə Trend -a Türkiyə Böyük Millət Məclisinin keçmiş spikeri, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Türkiyə ilə birgə beynəlxalq geoiqtisadi layihələr həyata keçirir. "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzrum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionun yeni inkişaf mərhələsini formalaşdırır", - deyə Türkiyənin keçmiş xarici işlər naziri bildirib.

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olma perspektivləri barədə suala cavab verən Çətin bildirib ki, Kamal Atatürkün öz zamanında əsas məqsədi Türkiyə cəmiyyətinin türk milli dəyərləri əsasında tam olaraq dünyəvi, mədəni, sənayeləşdirilmiş dövlətə çevrilməsi olub.

Türkiyənin keçmiş xarici işlər nazirinin sözlərinə görə, bu məqsədi hər bir lider qarşısına qoya bilər, lakin Atatürkün planı o dərəcə dərin, atdığı addımlar o dərəcə qəti və sistemli idi ki, hazırda Türkiyənin təcrübəsi, bəlkə də, misilsizdir.

"Türkiyənin Avropaya inteqrasiyası da Atatürkün məqsədi idi. Əlbəttə, iki dünya müharibəsi daxil olmaqla dünya tarixinin dramatik 85 ili ərzində, bizim bir çox dirçəlişlərimiz və enmələrimiz olub. Lakin mənə elə gəlir ki, Türkiyə cəmiyyəti sübut etdi ki, o, məqsədlərə doğru olduqca qəti və güzəştsiz irəliləyir", - deyə Çətin bildirib.

Keçmiş nazirin sözlərinə görə, qırx beş il öncə Türkiyə Avropa Birliyi ilə assosiativ əməkdaşlıq qurub: 1963-cü il müqaviləsi Türkiyənin Avropa ölkəsi olduğunu və üzvlük perspektivinə malik olduğunu hüquqi cəhətdən təsdiq etdi.

"Assosiasiya özündə müntəzəm addımları, məsələn Türkiyə üçün böyük çağırış olan gömrük ittifaqını özündə birləşdirdi, lakin bütün bunlar müəyyən müddətdən sonra bizim üzvlüyümüzə yönəldilmişdi. Ona görə, Türkiyənin Avropa və ya Asiya ölkəsi olmasına dair müzakirələr tamamilə yersizdir", - deyə türkiyəli siyasətçi bildirib.

Çətinin fikrincə, Türkiyə həmçinin NATO-nun uğurlu ölkəsi, Avropa Şurasının uğurlu üzvü olub və bütün bunların sayəsində demokratik dəyərlər daha düşünülmüş olub. Keçmiş xarici işlər nazirinin sözlərinə görə, minlərlə nəzərdən keçirilməli olan texniki məsələlər var.

"Məndə belə bir təəssürat yaranıb ki, təkcə Aİ deyil, ölkələrin kifayət qədər geniş dairəsi Türkiyənin üzvlük prosedurunun başa çatdırılması məsələsinə tədricən daha böyük şövq ilə yanaşacaqlar. Axı heç kim öz-özlüyündə belə bir mühüm məsələnin uzun müddət "asılı" qalmasına yol verə bilməz. Yəqin ki, Aİ on il ərzində təhlükəsizlik və iqtisadi mülahizələr baxımından Türkiyəyə daha çox ehtiyac duyacaq", - deyə Çətin bildirib.

O güman edir ki, Türkiyənin Aİ-yə inteqrasiyası tarixi konseptual partlayışdır. "Bu perspektiv üçün xeyli əsaslandırmalar var: Türkiyə və Avropanın mədəni və mənəvi birliyi dini və bəzi mədəni fikir ayrılıqları kimi əhəmiyyətə malikdir. Onlar indi də, Avropa mədəniyyətinə əlavə dəyər kimi qəbul olunan xurafata səbəb olmamalıdır", - deyə türkiyəli siyasətçi bildirib.

Türkiyənin Xarici Siyasət İdarəsinin keçmiş rəhbəri bildirib ki, Türkiyənin geosiyasi əhəmiyyəti və təhlükəsizlik məsələlərində, həmçinin diplomatik dünyada ağır çəkisi göstərdi ki, Türkiyənin üzvlüyü Avropa İttifaqına böyük ehtimalla say çoxluğu deyil, keyfiyyətli genişlənmə gətirəcək .

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti