...

Gürcü-osetin münaqişə zonasında naməlum şəxslər körpünü partladıblar

Siyasət Materials 31 Oktyabr 2008 15:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Bu gecə gürcü-osetin münaqişə zonasında naməlum şəxslər tərəfindən törədilən partlayış nəticəsində Qori rayonunun Kveşi kəndi yaxınlığındakı körpü dağıdılıb. Partlayış zamanı ölən və yaralanan olmayıb.

Baş verən hadisə ilə bağlı rəsmi variant hələ səsləndirilməyib. Körpü Gürcüstanın Qori rayonuna məxsus kəndi separatçıların nəzarəti altında olan ərazi, xüsusilə də Artsevi kəndi ilə birləşdirirdi.

Yerli gürcü əhalisinin bildirdiyinə görə, körpünü osetinlər partladıb. Onlar bunu Avropa İttifaqının müşahidəçi missiyasının separatçıların nəzarəti altında olan ərazilərdə monitorinq aparmasına yol verməmək üçün ediblər.

Şida Kartli qubernatoru Lado Vardzelaşvili bunu terror hadisəsi adlandırıb. "Rusiya tərəfi və separatçılar yerli gürcülər ilə osetinlər arasında əlaqəni kəsmək üçün hər şey edirlər. Başa düşmürəm, axı onlar kimdən qorxurlar", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti