...

Müxalifət etiraz aksiyasının keçirilməsinə icazə almaq üçün Tbilisi meriyasına müraciət edəcək

Siyasət Materials 31 Oktyabr 2008 16:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Müxalifət noyabrın 7-də etiraz aksiyasının keçirilməsinə icazə almaq üçün, cümə günü paytaxt meriyasına müraciət edəcək, - Gürcüstanın Mühafizəkarlar Partiyasının liderlərindən biri Aleksandr Kukava cümə günü bildirib.

Onun sözlərinə görə, aksiyada Yeni Sağlar, Respublika, Mühafizəkarlar, Leyborist partiyaları, Xalq Partiyası, Gürcüstan Yolu Partiyası, "Milli Forum", "Vahid Gürcüstan uğrunda hərəkat" iştirak edəcək.

Nino Burcanadze və onun "Demokratik Hərəkat - Vahid Gürcüstan" partiyasının aksiyada iştirak edib - etməyəcəyi  hələ məlum deyil.

Aksiyanın noyabrın 7-da saat 14.00 - da ölkə parlamentinin binası qarşısında keçirilməsi planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti