...

Bakıda yeniyetmələrdən ibarət cinayətkar dəstənin üzvləri tutulub

Siyasət Materials 10 Noyabr 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycanın paytaxtında mütəşəkkil cinayətkarılqla məşğul olmaqda təqsirli bilinən yeniyetmələrdən ibarət dəstə üzvləri tutulub. Polis dəstənin yeddi üzvünü tutub.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a məlumat verilib.

Məlumata görə, noyabr ayının 8-də Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 15-də İlham İsgəndərova qarşı quldurluq edən Sahil qəsəbəsinin sakinləri 1989-cı il təvəllüdlü Anar İlqar oğlu Əlizadə, 1991-ci il təvəllüdlü Əli Sadıx oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Adil Çingiz oğlu Hüseynov, 1993-cü il təvəllüdlü Rahib Rafiq oğlu Abdullayev və 1993-cü il təvəllüdlü İsmayıl Mürsəl oğlu İsmayıllı tutulublar. Araşdırma zamanı müəyyən olunub ki, onlar qəsəbə sakinləri 1988-ci il təvəllüdlü Rövşən Sərvər oğlu Əliyev və 1991-ci il təvəllüdlü Ceyhun Valeh oğlu Mustafayev ilə birlikdə oktyabr ayının 25-nə keçən gecə Sahil qəsəbəsində 1975-ci il təvəllüdlü Natiq Afiyəddin oğlu Zeynalova məxsus İsuzu markalı 10-SX-934 dövlət nömrə nişanlı avtobusdan maqnitafon, 1978-ci il təvəllüdlü Cəlal Mirzəli oğlu Bayramova məxsus mağazadan drel, laqonda və 1980-cı il təvəllüdlü Fuad Şakir oğlu Hüseynova məxsus mağazadan suvenirlər oğurlayıblar. Sonradan keçirilən əməliyyat tədbirləri nəticəsində Əliyev və Mustafayev də tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti