Gürcüstan, Tbilisi, 11 noyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan parlamentinin sədri David Bakradze ötən günü büronun iclasında bildirib ki, Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər Gürcüstanın qanuni maraqlarına etinasızlıq şəraitində davam etməməlidir.
Bakradze qeyd edib ki, Gürcüstan Aİ ilə Rusiya arasında münasibətlərin qurulmasına qarşı deyil, lakin bu əlaqələr Gürcüstanın qanuni maraqlarına etinasızlıq münasibəti ilə davam etməməlidir.
Bakradzenin sözlərinə əsasən, Rusiya Gürcüstanın suverenliyini pozduğuna görə adi partnyor kimi qəbul edilməməli və Gürcüstan Aİ ilə Rusiya arasında, rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək, daim dialoq mövzusu olmalıdı.
Bakradze ümidvar olduğunu bildirdi ki, Aİ artıq müəyyən bəhrə vermiş şəxsi siyasətini davam etdirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]