...

Azərbaycan neftinin qiyməti azalıb

Siyasət Materials 12 Noyabr 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir A.Bədəlova/ Noyabrın 11-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $56,52/barelə çatıb. 1997-ci ildən yüngül neft hasil edən SOCAR - dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən $2,56/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR - dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 11-də $55,57/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,53/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikliyinə görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 11-də $51,36/barel təşkil edib və bu əvvəlki qiymətdən $2,52/barel çoxdur.

Noyabrın 11-də Şimal dənizindən hasil edilən etalon növlü Brent Dated neftinin 1 barelinin qiyməti $53,85/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $2,74/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti