...

Xəzər regionu bir çox enerji layihələrinin təmin edilməsi üçün əsasdır – Azərbaycan prezidenti

Siyasət Materials 14 Noyabr 2008 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend müxbir S.Əliyev/ "Xəzər regionu, əsasən, Azərbaycan "Nabukko", "Odessa-Brodı" və TGI kimi enerji layihlərinin təminatı üçün əsasdır", - deyə Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda keçirilən IV Enerji sammiti üzrə yekun nitqində bildirib.

"Bu layihələrin təminatı üçün olduqca böyük efhtiyatlar var, lakin gələcəkdə onlar daha çox gərək olacaq", - deyə İlham Əliyev bildirib.

Azərbaycan rəhbərinin sözlərinə görə, enerji ehtiyatları tədarükünün diversifikasiyası bütün tərəflər üçün mühümdür.

"O, tədarükçülər, tranzitçilər və istehlakçılar üçün vacibdir. Bunların hamısı bir - birindən asılıdır", - deyə İlham Əliyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti