...

Şimali Kipr Türk Respublikası Obama administrasiyasının köməyinə ümüd bəsləyir

Siyasət Materials 14 Noyabr 2008 16:40 (UTC +04:00)

Şimali Kipr Türk Respublikası, Lefkoşa, 14 noyabr/ Trend , müxbir R. Hafizoğlu/Şimali Kipr Türk Respublikasının prezidenti Məhmət Əli Tələt Kipr probleminin ədalətli həlli üçün Obama administrasiyasına ümid bəslədiklərini deyib. Bu barədə Trend - un müxbiri Lefkoşadan xəbər verib.

Tələt, Buş administrasiyasının Kipr probleminin həlli üçün bir çox vədlər verdiyini, lakin bu vədlərin yerinə yetirilmədiyini bildirib. "Obama administrasiyasının mövqeyini dəqiq bilməsək də, yanvarda vəzifəsinin icrasına başlayacaq yeni prezidentin Kipr probleminin ədalətli həlli üçün səy göstərəcəyinə ümid edirik", - deyə Tələt əlavə edib.

Kipr Aralıq dənizində Türkiyənin 65 kilometrliyində yerləşən və əhalisi yunanlardan və türklərdən ibarət olan bir adadır. 1974-cü ilə qədər adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanların "Enosis" adı verdiyi və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planlarını həyata keçirməyə başlayandan sonra, Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır. Beynəlxalq aləmdə isə, adanı təmsil edən dövlət kimi, Kiprin cənubunda qurulan Yunan Kipr dövləti tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlətin tək hakimiyyət altında birləşdirilməsinə cəhd edilsə də, nəticə yoxdur . Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004 - cü il Annan Planı referendumu da Kiprli yunanların rədd etməsi nəticəsində, həyata keçirilə bilmədi. Hazırda Kipr Türk Respublikası ilə Kipr Yunan Respublikası arasında danışıqlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti