...

Belarus prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 15 Noyabr 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü Minskdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edib. Görüşdə Lukaşenko qeyd edib ki, Belarus - Azərbaycan əməkdaşlığında, o cümlədən müdafiə sahəsindəki əməkdaşlıqda qapalı mövzu yoxdur.

Belarus başçısı deyib ki, hazırda hər iki ölkənin ordusu modernləşmə, yeni Silahlı Qüvvələrin yaradılması mərhələsindədir.

Lukaşenko hər iki ölkənin normativ-hüquqi bazalarının davamlı olduğunu deyib. İkitərəfli iqtisadi-ticari əməkdaşlığa gəlincə, prezident qarşılıqlı ticarətdə müsbət inkişafın olduğunu vurğulayıb. 2007-ci ildə Belarusla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2006-cı ilin müvafiq göstəricisilə müqayisədə təxminən üç dəfə, səkkiz ay ərzində isə, bu rəqəm 45 faiz - 79 mln. dollaradək artıb. 2007-ci ildən müştərək layihələr həyata keçirilir - Azərbaycanda traktorların, yük maşınlarının, optik cihazların yığılması təşkil olunub. Liftlər, avtokranlar, günəş batareyaları və Belarus markasından olan digər məhsullar birgə istehsal edilir.

Azərbaycanla Belarus arasında heç bir fikir ayrılığı yoxdur. Lukaşenko beynəlxalq qurumlarda Belarusa dəstək üçün Azərbaycana minnətdarlığını bildirib. O, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin yarandığını qeyd edərək deyib: "Bizim dostluğumuz, xoş münasibətlərimiz heç kəsə qarşı yönəlməyib. Azərbaycan - qardaş ölkədir. Biz dostuq və bu fikir hər şeyi ifadə edir. Biz bu istiqamətdə inkişaf edəcəyik".

Azərbaycanın müdafiə naziri Azərbaycanla Belarus arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini söyləyib. Nazir qeyd edib ki, 2009-cu ildə hər iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan razılaşma və proqramlar imzalanıb.

Xəbər lenti

Xəbər lenti