...

Azərbaycanda oğurluq etməkdə təqsirləndirilən şəxsin üzərindən narkotik maddə tapılıb

Siyasət Materials 15 Noyabr 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın qərbi bölgəsində avtomobildən oğurluq etməyə cəhd edən şəxs polislər tərəfindən tutulub. Tutulan şəxsin üzərindən narkotik maddə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a məlumat verilib.

Məlumata görə, noyabrın 13-də Gəncə şəhərində, şəhər sakini Rafiq Məhərrəmova məxsus "VAZ-21063" markalı avtomaşından oğurluğa cəhd göstərən Göygöl rayon sakini, əvvəllər məhkum olunan Vüqar Ələsgərov polislər tərəfindən tutulub. Onun üzərinə baxış zamanı 0,3 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti