...

Azərbaycanın Mili Ordusunun əsgəri hərbi hissəni silahla birgə tərk edib

Siyasət Materials 16 Noyabr 2008 13:41 (UTC +04:00)
Azərbaycanın Mili Ordusunun əsgəri hərbi hissəni silahla birgə tərk edib

Azərbaycan, Bərdə, 16 noyabr / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Füzuli rayonunun ərazisində yerləşən (Bakıdan 360 km cənub-qərbdə) "N" saylı hərbi hissənin əsgəri Orxan Şamilov silahı ilə birgə döyüş mövqeyini tərk edib.

Tərtər rayonu polis İdarəsindən Trend -a bildiriblər ki, hazırda əsgərin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, 18 yaşlı Orxan Şamilov hərbi xidmətə cari ilin aprel ayında Tərtər hərbi komissarlığından çağrılıb.

Hadisə ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən əlavə məlumat verilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti