Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Ukrayna prezidenti Viktor Yuşşenko Bakıya işgüzar səfəri zamanı Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək. Səfər fevralın sonu-martın əvvəlinə planlaşdırılıb, - Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk çərşənbə axşamı jurnalistlərə bildirib.
Səfərdə məqsəd ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə etməkdir, - Klimçuk bildirib.
Ukrayna prezidenti Bakıda keçirilən enerji sammitində iştirak məqsədilə noyabrın 14-də Azərbaycanda səfərdə olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]