Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri başqa vəzifəyə keçirilməsi ilə əlaqədar tututduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Eldar Əfəndiyev çərşənbə günü Trend -a bildirib ki, mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində analitik şöbəyə rəis təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətinə hələlik yeni rəhbər təyin olunmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]