Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir S. Kazımlı / Bakıda ölümlə nəticələnən yol - qəza hadisəsi törətdikləri üçün, barələrində axtarış elan olunan şəxslər tutulublar. Hadisənin üç ay əvvəl baş verdiyi bildirilir. Bu barədə Nərimanov rayon Polis İdarəsinin (RPİ) 16 - cı polis bölməsindən (RPİ) Trend -a məlumat verilib.
Nərimanov RPİ 16 - cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, Azərbaycan Cinayət Məcəlləsinin avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda (263.2 - ci ) maddəsi ilə axtarışda olan 1974 - cü il təvəllüdlü Zaur Ramazan oğlu Mustafayev və 1988 - ci il təvəllüdlü Sabir Tofiq oğlu Bağırov cümə günü tutulublar.
Polis bölməsindən bildiriblər ki, Mustafayevlə Bağırovun üç ay əvvəl törətdikləri yol qəzası nəticəsində bir nəfər ölüb. Mustafayevlə Bağırov həmin müddət ərzində gizlənərək, istintaqdan yayınıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]