...

Azərbaycanda dələduzluq yolu ilə külli miqdarda pul mənimsəyən şəxslərin işi araşdırılır

Siyasət Materials 4 Dekabr 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda dələduzluq yolu ilə vətəndaşların pulunun alınıb mənimsənilməsi ilə bağlı iki fakt aşkarlanıb. Dələduzluq etməkdə təqsirləndirilən şəxslər vətəndaşlardan ali məktəbə və işə düzəltmək adi ilə külli miqdarda pul alıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini Ədalət Abbasov, Baki şəhər sakinləri Emil İsgəndərov, İsaməddin Daşdəmirov və Səbinə Təhməzova Kəlbəcər rayon sakini Süleyman Rüstəmlinin etimadını qazanaraq ali məktəbə qəbul etdirəcəkləri adi ilə ondan 95000 ABŞ dolları  pul alıb və qaytarmayıblar. Zərərçəkən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılır.

2007-ci il aprelin 12-də isə Baki şəhər sakini  Nadir Orucov Sumqayıt şəhər sakini Mülkali Kərimovun etimadını qazanaraq işə  düzəltmək adı ilə ondan 50000 manat alıb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi tərəfindən araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti