...

Hökumətdəki dəyişikliklər prezident administrasiyasının iflasına səbəb olacaq– ekspertlər

Siyasət Materials 8 Dekabr 2008 17:31 (UTC +04:00)
Hökumətdəki dəyişikliklər prezident administrasiyasının iflasına səbəb olacaq– ekspertlər

Azərbaycan, Bakı, 08 dekabr / Trend , E. Tariverdiyeva/ Təcrübəli siyasətçilərin Gürcüstan hökumətinə təyinatları - Mixaila Saakaşvilinin administrasiyasındakı problemlərdən diqqəti yayındırmaq üçün etdiyi uğursuz cəhddir və bu, tezliklə onun hakimiyyətinin iflası ilə nəticələnəcək, - ekspertlər belə hesab edirlər.

"Gürcüstan hökumətindəki dəyişikliklər - prezident administrasiyasının yaxın iflasından xəbər verir", - Cənubi Qafqaz üzrə avropalı ekspert Amanda Akçakotsa (Amanda Akcakoca) hesab edir.

Dekabrın 5-də Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili üç naziri istefaya göndərib. Mqaloblişvilinin brifinqdə dediyi kimi, o, Gürcüstan prezidentinə müdafiə naziri David Kezeraşvilini, xarici işlər naziri Yekaterina Tkeşelaşvilini və təhsil və elm naziri Qiya Nodiyanı vəzifədən çıxarmağı təklif edir. Baş nazir söyləyib ki, XİN-ə hazırki mədəniyyət və idman naziri Qriqol Vaşadze, Təhsil Nazirliyinə keçmiş mədəniyyət naziri Nika Qvaramiya rəhbər təyin olunacaq, müdafiə nazirinin səlahiyyətlərini nazir müavini Batu Kuteliya icra edəcək.  

Politoloqların fikrincə, bu, Gürcüstan hökumətində ilk dəyişdirilmə deyil. Ekspertlər hesab edirlər ki, bu proses Saakaşvilinin beşgünlük avqust müharibəsi nəticəsində aşağı düşmüş nüfuzunu daha da zəiflədəcək.

Saakaşvili hökuməti Gürcüstana yaxşı heç nə verməyəcək, Qafqaz üzrə rusiyalı ekspert Mixail Aleksandrov deyib. "Problem hökumətdə deyil, istefa tələblərinin artan təzyiqi üzündən bu hökumətdə dəyişikliyə qərar verən Saakaşvilinin özündədir", - MDB ölkələri İnstitutunun Qafqaz bölməsinin rəhbəri Aleksandrov Trend -a bildirib.

Ekspertin fikrincə, Saakaşvili Avropadakı dəstəyini itirib, Gürcüstanın NATO üzrə ÜFP almaması da bunu təsdiq edir. Aleksandrov hesab edir ki, gələn ilin yazında onu hakimiyyətdən uzaqlaşdırmaq üçün addımlar atılacaq.

"Bununla yanaşı, o, necəsə manevrlər etməyə, günahı ikinci dərəcəli şəxslərin üzərinə atmağa çalışır, bu adamları isə vaxtilə vəzifəyə o, özü təyin edib və onlar da prezidetin iradəsinə sözsüz tabe olublar. Amma çətin ki, atdığı bu addımlar istədiyi nəticəni versin", - Aleksandrov deyib.

NATO xarici işlər nazirlərinin dekabrın 2-3-də Brüsseldə keçirilən görüşündə Alyans üzvləri Tbilisini NATO üzvlüyünə namizəd statusunu almağa hazır saymayıblar və quruma üzvlüklə bağlı Fəaliyyət Proqramını təqdim olunmasını qeyri-müəyyən müddətədək təxirə salıblar. 2008-ci ilin aprelində NATO-nun Buxarestdə keçirilən görüşündə Gürcüstanın ÜFP almaq üçün ilk müraciəti təmin olunmayıb. O zaman bildirilib ki, ölkə gələcəkdə blok üzvü olacaq.

Akçakotsa hesab edir ki, Saakaşvili mövqelərini itirir.

"Qızılgül inqilabı" zamanı onun yanında olan ən yaxın adamları hazırda ya işdən azad olunub, ya da müxalifətə keçiblər.

"Mənim təəssüratıma görə, Saakaşvili yalnız onun xəttilə gedən və onun düşüncələrini şübhəyə almayan adamlarla işləyə bilir. Bu, sözsüz ki, onun adminstrasiyasının dağılması ilə nəticələnəcək", - Avropa siyasət mərkəzinin eksperti Akçakotsa Trend -a deyib.

"Səciyyəvidir ki, nüfuzlu gürcü isteblişmentinin bəzi nümayəndələri sadəcə olaraq vəzifələrindən imtina edirlər", - Aleksandrov vurğulayıb. "Bu, müasir Gürcüstan üçün yetərincə səciyyəvi haldır və Saakaşvilinin yaxın dairələrdə dəstəyini itirdiyini göstərir", - ekspert belə düşünür.

Rusiyalı politoloq Kirill Tanayev da hesab edir ki, Gürcüstanın NATO ölkələrinin xarici işlər nazirlərinin ötən görüşündə ÜFP almaması Saakaşvilinin xarici siyasətinin böyük məğlubiyyətidir. "Kimsə buna görə cavab verməlidir və prezident Saakaşvili sadəcə "sonuncuları tapıb", - ekspert qeyd edib.

"Gürcüstan yeni prezident əldə etməyə doğru gedir və görünür, Amerika yanaşması ilə baxsaq, ən çox nəzərdən keçirilən fiqur parlamentin keçmiş spikeri Nino Burcanadzedir", - Səmərəli Siyasət Fondunun baş direktoru Tanayev vurğulayıb.

Nazirlərin yerdəyişməsi faktı əksər ekspertlər üçün gözlənilməz olmayıb.

"Nəzərə alsaq ki, xarici işlər naziri Yeka Tkeşelaşvilinin 31 yaşı yeni tamam olub, nazirlərin işdən çıxarılması təəccüblü deyil, - Akçakotsa deyib - bu yaşda heç bir xarici siyasət təcrübəsindən söhbət gedə bilməz".

Amma müşahidəçilər etiraf edirlər ki, yeni nazirlərin namizədlikləri Gürcüstanın xarici siyasi münasibətlərini yaxşılaşdıra bilər.

Mədəniyyət və idman naziri postunu tutmaq təklifindən imtina edən gürcü politoloqu Zurab Abaşidze, Trend -a söyləyib ki, "Vaşadzenin xarici işlər naziri təyin olunmasını düzgün" hesab edir. Onun sözlərinə görə, yeni nazir yaxşı mütəxəssisdir, onun böyük təcrübəsi var. "Vaşadzeni Moskvada yaxşı tanıyırlar və ona müsbət yanaşırlar. Bu, Rusiya ilə dialoqun bərpası prosesində müsbət cəhət ola bilər", - Abaşidze bildirib.

Başqa bir gürcü politoloqu David Aprasidze isə əksinə, düşünür ki, Vaşadzenin təyinatı çətin ki, xarici siyasətə və "nazirin Rusiyameylliliyinə" hesablansın. "Bu addım daxili siyasi məqamlarla bağlıdır", - Aprasidze Trend -a deyib.

Materialın hazırlanmasında R.Ağayev (Moskva), N.Kirtsxaliya (Tbilisi) və V.Javoronkova (Bakı) iştirak ediblər.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti