...

Bakıda İran vətəndaşının üzərindən narkotik maddə tapılıb

Siyasət Materials 9 Dekabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonu ərazisində İran vətəndaşından narkotik maddə aşkar edilib. Bu barədə cərşənbə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xətai rayon Polis İdarəsininin 37-ci polis bölməsinin əməkdaşları bazar ertəsi İran İslam Respublikasının vətəndaşı Kalahrodi Əsgər Qulamrza oğlunun üzərindən 153,228 qram heroin aşkar edərək götürüblər.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti