...

İlham Əliyev Azərbaycan vətəndaşlarının 2009-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağirılması haqda fərman imzalayıb

Siyasət Materials 13 Dekabr 2008 19:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna uyğun olaraq Azərbaycan vətəndaşlarının 2009-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağirılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Bu barədə məlumatı Azərtac yayıb.


Fərmana əsasən 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2009-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

Eyni zamanda "Hərbi xidmət haqqında" qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2009-cu ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılır.

Xəbər lenti

Xəbər lenti