...

Aİ-nin Gürcüstan - Rusiya münaqişəsinə səbəb olan faktların öyrənilməsi Komissiyasının rəhbəri Tbilisiyə gələcək

Siyasət Materials 15 Dekabr 2008 14:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının avqustda Gürcüstan-Rusiya hərbi qarşıdurmasının baş verməsinə gətirib çıxaran səbəblərin öyrənilməsi Komissiyasının rəhbəri Haydi Talyavini çərşənbə axşamı Tbilisiyə gələcək. Bu barədə bazar ertəsi jurnalistlərə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib.

"Bu, tanışqlıq səfəridir. Talyavini bir sıra idarələrin rəhbərləri ilə görüşəcək və danışıqlar aparacaq. Biz heç nəyi gizlətmirik və dialoqa hazırıq", - deyə xarici işlər naziri bildirib.

İlkin məlumatlara görə, Talyavini Gürcüstanın xarici işlər, daxili işlər və müdafiə nazirləri ilə görüşəcək. Danışıqlar Gürcüstan-Rusiya münaqişəsinə aid olacaq.

Ötən həftə Aİ Komissiyasının rəhbəri Moskvada olub və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb.

Araşdırmaların yekununadək Talyavini heç bir şərh verməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti