Azərbaycan prezidenti fövqəladə hallar nazirini "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi əhalinin fövqəladə hallardan qorunması sahəsində işin təşkilində xüsusi xidmətlərinə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb, - AzərTAc dövlət agentliyi məlumat yayıb.