...

Tehran və Kuala Lumpurun beynəlxalq məsələlərə baxışı müştərəkdir - İran prezidenti

Siyasət Materials 22 Dekabr 2008 16:52 (UTC +04:00)

İran, Tehran, 22 dekabr / Trend , müxbir A. Namdari/ İran prezidenti bildirib ki, rəsmi Tehran və Kuala Lampurun beynəxalq məsələlərdə ortaq baxışları var.

İran prezidendi Mahmud Əhmədinejad Malayziyanın Baş naziri Abdulla Əhməd Bədəvi  ilə Tehranda bazar ertəsi səhər görüş keçirib. Görüşdə ikitərəfli əlaqələr, beynəlxalq məsələlər və İslam ölkələrinə dair məsələlər müzakirə olunub.

"İran İslam Respublikası Malayziya ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə hazırdır",-deyə Əhmədinejad bildirib.

İran prezidentinin mətbuat xidmətindən Trend -a verilən məlumatda qeyd olunub ki, prezident Əhmədinejad İran və Malayziya arasında əlaqələrin inkişafını hər iki xalqın və islam ölkələrinin xeyrinə olacagını vurgulayıb.

"İran və Malaziyanın  beynəlxalq məsələlərə baxışları müştərəkdir və bu məsələ  hər iki ölkənin beynəlxalq məsələlərdə və islam dünyası qarşısında məsuliyyətini artırır",- deyə Əhmədinejad bildirib.

İran və Malayziya əkinçilik, terrorizmlə mübarizə, yeni texnologiyarın öyrənilməsi, enerji, ərzaq məhsulları , narkotiklərlə mübarizə məsələlərində qarşılıqlı əməkdaşlıq edir.

"İran Malayziya arasında  ikitərəfli əməkdaşlıq sahəsində sərhəd yoxdur",-deyə Əhmədinejad bildirib.

Bədəvi İran və Malayziya arasında əməkdaşlığı digər müsəlman ölkələrinə nümunə göstərib.

O, İranın  bu ölkədə müxtəlif sahələrə sərmayə yatırmaq istəyini  alqışlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti