...

Azərbaycan hökuməti "İrəli" İctimai Birliyinə hər cür kömək etməyə hazırdır – Prezident Aparatının şöbə müdiri

Siyasət Materials 24 Dekabr 2008 12:05 (UTC +04:00)
Azərbaycan hökuməti "İrəli" İctimai Birliyinə hər cür  kömək etməyə hazırdır – Prezident Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 24 dekabr/ Tren , müxbir C.Babayeva/ Azərbaycan hökuməti "İrəli" İctimai Birliyinə hər cür kömək etməyə hazırdır.

" "İrəli" yeni İctimai Birliyinin Azərbaycan gəncləri üçün ictimai normalar yaradacağına əminəm. "İrəli" nin üzvləri Azərbaycanı layiqli təmsil edirlər", - deyə çərşənbə günü Azərbaycanın Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov Birliyin təsis konfransınla bildirib.

"İrəli" ümumrespublika gənclər hərəkatının sıraları altı min nəfərdən çoxdur. Hərəkat üç illik fəaliyyəti dövründə müxtəlif istiqamətli 500 - dən çox layihə həyata keçirib. "İrəli" də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir.

Hərəkat təsisçiləri dekabrın 9 - da "İrəli"nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onlar bunu qarşılarına qoyduqları məqsədlərə nail olmaları ilə izah edirlər.

"İrəli"nin bazasında eyni adlı İctimai Birliyin yaradılması haqqında qərar qəbul olunub.

Həsənov bildirib ki, İctimai Birliyin təsis günü Azərbaycan prezidenti İlham Əliyevin ad günü ilə üst - üstə düşüb. "Yeni İctimai Birliyin prezident üçün böyük hədiyyə olacağına əminəm. Yeni Birlik prezident kimi, Vətənə və xalqa bağlı və sadiq olacaq", - deyə Həsənov bildirib.

Həsənov bildirib ki, Azərbaycan prezidenti ölkə gənclərinin hərtərəfli inkişafına böyük diqqət ayırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti