...

Azərbaycanda "İlin futbolçusu" seçilib (video)

Siyasət Materials 26 Dekabr 2008 14:15 (UTC +04:00)
Azərbaycanda "İlin futbolçusu" seçilib (video)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 2008 -ci ildə ilin ən yaxşı futbolçusu seçilib. Trend İnformasiya Agentliyinin "Komanda" qəzeti ilə birgə keçirdiyi "İlin futbolçusu" nominasiyası üzrə sorğunun nəticələri bu gün elan olunub.

Trend Beynəlxalq Xəbərlər Şirkətinin konfrans zalında keçirilən tədbirdə təşkilatçılar "Qarabağ" futbol klubunun oyunçucu Zaur Ramazanovun "Ilin futbolçusu" seçildiyini elan ediblər.

Trend -un Xəbərlər Departamentinin direktoru Emil Hüseynli bildirib ki, bu cür sorğuların keçirilməsi futbolun inkişafına stimul verir. "İnanıram ki, bu ada layiq görünən Zaur Ramazanov daha baxımlı oyun nümayiş etdirərək, azarkeşlərin etimadını doğruldacaq"- Hüseynli əlavə edib.

"Komanda"- nın baş redaktoru Rəşad Ergün bildirib ki, Ramazanov 1 ay müddətində azakeşlər arasına keçirilən sorğuda 65 faiz səs toplayıb.

Mətbuat konfransında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev qonaq qismində iştirak edib.

Hücumçu mövqeyində çıxış edən Ramazanov bu ilin avqustunda "Xəzər- Lənkəran" klubundan "Qarabağ"a keçib.

Ramazanov sorğuda ona səs vermiş azarkeşlərə minnətdarlığını bildirib. Tədbirin sonunda PFL -in prezidenti "İlin futbolçusu" seçilmiş Ramazanova rəhbərlik etdiyi qurum adından hədiyyə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti