...

Gürcüstan HHQ-nın tərkibinə üç qadın pilot daxil olacaq

Siyasət Materials 30 Dekabr 2008 12:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Tezliklə Gürcüstan Hərbi Hava Qüvvələrinin (HHQ) tərkibinə üç qadın pilot daxil olacaq. Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, dünən onlar Marneulidəki hərbi aerodromda təlim uçuşları zamanı sınaqdan keçiblər.

Onların hər üçü Çexiya istehsalı olan L-39 təlim təyyarəsində tək uçuşu uğurla həyata keçiriblər.

Təlim uçuşlarında onlarla birgə daha bir neçə pilot iştirak edib. Onlar tezliklə SU-25 hərbi təyyarəsində müstəqil uça biləcəklər.

Təlimlərdə müdafiə naziri David Sixarulidze, onun müavini Baço Axalaya, Gürcüstan Hava Qüvvələrinin Birləşmiş Qərərgahının rəisi, polkovnik Vladimir Çaçibaya, onun müavini, briqada generalı David Nairaşvili, HHQ komandanı, polkovnik Zurab Poçxua da iştirak ediblər.

Gənclərin sınağından sonra HHQ-nın təcrübəli pilotları öz məharətlərini göstəriblər. 59 pilot və mexanik göstərdikləri xidmətə görə rəhbərliyin mükafatlarına - 1,2 və 3-cü dərəcəli meddallara layiq görülüblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti