...

2008 - ci ildə Azərbaycanın 944 vətəndaşı Moskvada nikaha girib – Moskva VVADQ İdarəsinin rəhbəri

Siyasət Materials 12 Yanvar 2009 18:45 (UTC +04:00)

Rusiya, Moskva, 12 yanvar/ Trend , müxbir R.Ağayev/ 2008-ci il ərzində Moskvada ər - arvaddan birinin Azərbaycan vətəndaşı olduğu 944 nikah qeydə alınıb, - Trend-in xüsusi müxbirinin sualını cavablandıran Moskva VVADQ İdarəsinin rəhbəri İrina Muravyova mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları MDB ölkələrinin ilk beşliyini tamamlayırlar. Onların arasında statistika belədir - Ukrayna vətəndaşları (3933), Ermənistan (1175), Moldova (1072), Özbəkistan (1063).

Muravyovanın qeyd etdiyi kimi, 2008-ci il Rusiya prezidenti tərəfindən Ailə İli elan edilsə də, gözlənilən nəticələrə nail olunmayıb. Belə ki, 2008-ci ilin viskos ili olması məhz bu ildə nikaha girmək istəyinə təsir göstərib ki, bu da əksəriyyətin mövhumatçı fikirləri əldə rəhbər tutmasına dəlalət edir. "Ötən il ərzində Moskvada 84028 nikah bağlanılıb ki,  bu rəqəm 2007 - ci ilə nisbətən 4032 nikah azdır. 2007-ci il  rekord göstəricili  olub - 2006-cı ildən 10 min nikah çox. Müqayisə  üçün qeyd etmək olar ki, 1999-cu ildə cəmi 68 min nikah bağlanılmışdı", - İrina Muravyova deyib.

Moskva VVADQ İdarəsinin rəhbəri əlavə edib ki, ötən il vətəndaşları Moskvada nikaha daxil olan ölkələrin sayı artıb - 2007-ci ildəki 102 ölkəyə qarşı 106 ölkə. "MDB vətəndaşları istisna olmaqla, xarici vətəndaşların iştirakı ilə bağlanılan 11984 nikah üzrə lider Türkiyə (198), Almaniya (156), ABŞ, İsrail və Böyük Britaniya vətəndaşlarıdır", - Muravyova qeyd edib.

Onun sözlərinə görə, 2007-ci illə müqayisədə, 2008-ci ildə boşanmaların sayı 679 boşanma artıb və 48827 nikahın pozulması halına bərabər olub. Boşanmaların 70 faizi 25 - 39 yaşlı yaş qruplu vətəndaşların payına düşür.

Muravyovanın sözlərinə görə, 2008-ci ildə Moskvada 108340 uşaq doğulub  -2007-ci ildən 7 min çox. Kişilərin əksəriyyəti 30 yaşınadək ata olur. Buna baxmayaraq, 30 yaşınadək ana olan qadınların sayı 30 yaşdan sonra ana olmuş qadınların sayından iki dəfə çoxdur. "2008-ci ildə yeni doğulmuş körpələrin 55155-i oğlandır, qızlar isə 2-2,5 min azdır. Artıq altıncı ildir ki, ən  geniş yayılmış kişi adı Aleksandrdır, qızlar arasında isə Anastasiya liderlik edir", - o deyib.

Moskva VVADQ İdarəsi rəhbərinin sözlərinə görə, doğum tempinə baxmayaraq, 2008- ci ildə 124305 ölüm şəhadətnaməsi verilib ki, bu da 1999 - cu və (127 min ölüm) və 2000 - 2001-ci illərin (1311978) göstəricisindən az olsa da, 2007-ci ilin göstəricisindən 25 nəfər çoxdur.

Trend-in xüsusi müxbirinin azərbaycanlıların Rusiya paytaxtında demoqrafik problemin həllində rolu barədə sualını cavablandıran Muravyova bildirib ki, millətlərarası nikahları alqışlayır. "Mənim özümün çoxmillətli ailəm var. Mən dörd uşaq anası və nənəyəm. Çox şadam ki, millətlər birləşir və istənilən ailə özəyi yeni ənənələr, yeni maraq və istiqamətlərlə zənginləşir. Biz sizinlə Moskvada yaşayırıq və müxtəlif millətli insanlar arasında nikahların nə qədər möhkəm olduğunu görməyə bilmərik. Bəzən bizlər, ruslar arasında nikah bir həftə davam edə bilər. Əksər millətlər, həmin gürcü, erməni, azərbaycanlılar arasında kişi sözü möhkəmdir, kişilərin ailədə  rolu  əsasdır və belə ailələr çox xoşbəxt və sabitdirlər", - Moskva VVADQ İdarəsinin rəhbəri Muravyova yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti