...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən polis mayoru istintaqa təhvil verilib

Siyasət Materials 13 Yanvar 2009 17:10 (UTC +04:00)
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən polis mayoru istintaqa təhvil verilib

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın Gəncə şəhər Polis İdarəsi Nizami rayon polis şöbəsinin narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əməkdaşı, mayor Elsevər Nəbiyev çərşənbə axşamı tutularaq istintaqa təhvil verilib, - Trend -a Gəncə Şəhər Polis İdarəsindən məlumat verilib.

Trend - un arayışı: Bir müddət  əvvəl Gəncədə (paytaxt Bakıdan 365 kilometr qərbdə) külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan qrup zərərsizləşdirilib. Dəstə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində aşkarlanıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib.


DİN - in mətbuat xidmətindən t faktla bağlı məlumat verilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti