...

Rusiya "altılığın" İranı əməkdaşlığa cəlb etməklə, müsbət stimulları inkişaf etdirməsinin lehinə çıxış edir – RF XİN-in rəhbəri

Siyasət Materials 16 Yanvar 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir R.Ağayev/ Rusiya "altılığın" İranı əməkdaşlığa cəlb etməklə, müsbət stimulları inkişaf etdirməsinin lehinə çıxış edir, - Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü mətbuat konfransında jurnalistlərə bildirib.

"Altılıq" dövlətləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin İİR-in nüvə proqramı ilə bağlı bütün məsələlərin həlli üzrə danışıqlar konstruktiv keçirilərsə, həm iqtisadi, həm yüksək texnologiyalar, həm də təhlükəsizlik sahəsində İran üçün yaranacaq üstünlükləri qeyd etməlidirlər, - o deyib.

"Biz MAQATE-nin nüvə proqramı ilə bağlı irəli sürdüyü əksər məsələləri bağlamış İranın bu agentliklə fəal əməkdaşlığı davam etdirməsini və agentliyin İranla bağlı dosyesində hələ ki qalan bütün problemləri bağlamasını istəyirik", - Lavrov qeyd edib.

MAQATE - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində 1957-ci ildə yaradılmış atom enerjisinin inkişafı və istifadəsinə nəzarət üzrə beynəlxalq orqandır.

Lavrovun sözlərinə görə, "altılıq" artıq İrana göstərib ki, bütün bu məsələlər bağlanarsa, ölkə bu dövlətlərin gözündə nüvə silahının yayılmaması haqqında müqavilənin nüvəsiz istənilən üzvünün malik olduğu bütün hüquqlara sahib olacaq.

İranın nüvə proqramını inkişaf etdirməsi dünya ictimaiyyətinin narahatlığını doğurur. Avropa ölkələri və Birləşmiş Ştatların İranın nüvə silahı yaradacağından ehtiyat etməsinə baxmayaraq, Tehran proqramın dinc xarakter kəsb etməsində təkid edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti