...

Azərbaycanın qərbində "Yahova Şahidləri"  dini sektasının üzvləri saxlanılıb

Siyasət Materials 19 Yanvar 2009 12:54 (UTC +04:00)
Azərbaycanın qərbində "Yahova Şahidləri"  dini sektasının üzvləri saxlanılıb

Azərbaycan, Gəncə, 19 yanvar / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kim məsafədə) qanunsuz fəaliyyət göstərən "Yahova Şahidləri"  dini sektasının üzvləri yanvarın 18-də axşam saatlarında polis tərəfindən saxlanılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov bazar ertəsi Trend -a bildirib ki, "Yahova  Şahidləri" dini sektasının Sevinc qəsəbəsində kütləvi yığışdığı yer aşkarlanıb.

Şöbə müdirinin sözlərinə görə, qurumun Kəpəz rayon polis şöbəsi ilə birgə keçirdiyi əməliyyat nəticəsində sektanın 10 nəfər fəal üzvü şöbəyə gətirilərək barələrində inzibati qaydada protokol tərtib edilib və məsuliyyətə cəlb olunublar.

Saxlanılan 80 nəfərin 20-si uşaq, digərləri qadın, 5-6-sı isə kişi olub.

Faktla bağlı araşdırma aparılır.

"Yahova Şahidləri" fəaliyyət aparmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsində qeydiyyata alınmayıb. Onların qanuni faəliyyəti üçün şöbə qeydiyyata alınmalıdır.

Gəncə şəhərində 20 dini icma fəaliyyət göstərir. Onlardan 11-i islam, 9-u isə qeyri-islam yönlüdür. Qeyri-islam dini icmalar Aleksandr Nevsk Pravoslav, Xristian Baptist dini icması, 7-ci günün adventistləri (3 icma), Şərqdə Ulduz Xristian İncil Protestant, İsa Məsih kilsəsi-dini icması, Xristian Baptist İncil kilsə ittifaqı və Yeni Apostol dini icmalarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti