Ukrayna, Kiyev, 19 yanvar / Trend , müxbir Z.Novsvitski/ Ukraynanın Baş naziri Yuliya Timoşenko Moskvaya işgüzar səfərə gedib.
Rusiya paytaxtında onun RF hökümətinin rəhbəri Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra hər iki Baş nazir Ukraynaya qaz tədarükü və onun Avropaya tranzit nəqli haqda sənədlərin imzalanması mərasimində iştirak edəcəklər.
Ukrayna üçün qazın və tranzit tarifinin qiyməti üzrə razılıq Moskvada Ukrayna və Rusiya Baş nazirlərinin bazar günü gecə b aşa çatmış danışıqlarında sonra əldə olunub.
Razılaşmalara əsasən, Ukrayna 2009-cu ildə Rusiyadan qazı Avropa qiymətindən 20 faiz aşağı qiymətlə ala bilər. Bununla yanaşı, Rusiya Federasiyası, 2008-ci ildə olduğu kimi ,qazın tranziti üçün güzəştli tarifdən yararlanacaq.
Ali Radanın sədri Vladimir Litvin bazar ertəsi deyib ki, Ukrayna üçün qazın min kub metri təxminən 240-250 dollar təşkil edəcək.
2009-cu ilin ilk rübündə Ukrayna ilə qonşu ölkələr üçün min kubmetr qazın qiyməti 470 dollar təşkil edir. 2008-ci ildə Kiyev qazın min kubmetrini 179,5 dollara alıb.
Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün [email protected]