...

Gürcüstan parlamentariləri Belarusu Rusiyanın təzyiqindən azad olmağa çağırırlar

Siyasət Materials 23 Yanvar 2009 13:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ hhttp://capital.trend.az/,müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentariləri Belarusu Rusiyanın təzyiq və şantajından azad olmağa çağırırlar, -  Belarus parlamentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsini nəzərdən keçirmək niyyətində olması məlum olduqdan sonra, parlament çoxluğunun lideri Petre Tsiskarişvili belə bəyanat verib.

Məsələyə aprelin 2-də baxmaq planlaşdırılır. Moskva dəfələrlə Minskdən separatçı regionların tanınmasını tələb etsə də, rəsmi Minsk bu məsələdən qaçmağa cəhd göstərərək, Abxaziya və Cənubi Osetiya rəhbərlərinin onlara müraciət edəcəyi halda bu xahişi nəzərdən keçirəcəyini bəyan edirdi.

"Belarus Rusiyanın təzyiqi və şantajı altındadır. Minsk beynəlxalq birliyə inteqrasiya və Qərb dəyərlərinin yayılmasına can atırsa, o, belə qərarların qəbulundan çəkinməlidir", - Tsiskarişvili jurnalistlərlə söhbətində bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti